AZ

Bu, sadəcə imtahanı yola vermək deyil, öz gələcəyini aldatmaqdır Ekspert fikri

ain.az, 525.az saytına istinadən bildirir.

"Tələbə 'onsuz da köçürəcəm' deyə auditoriyaya girəndə, öyrənmə prosesi həmin an dayanır. Bu, sadəcə imtahanı yola vermək deyil, öz gələcəyini aldatmaqdır".

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli bildirilib. Onun sözlərinə görə, qanun qarşısında nəticələrin sıfırlanması bir yana, əsas təhlükə 'diplomlu savadsızlar' ordusunun yetişməsidir:

"Sabah həmin qələmlə imtahan verənlər həkim və ya mühəndis kimi qarşımıza çıxanda, bu saxtakarlığın bədəlini hamımız ağır ödəyəcəyik. Zəhmət çəkmədən qazanılan uğur saxtadır. Məqsədimiz tələbəni imtahandan keçirmək yox, ona həqiqi savadın və dürüstlüyün gücünü aşılamaq olmalıdır".

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr