AZ

Böyükşor gölünə kanalizasiya suları axıdılıb? - Rəsmi

Bakı.Trend:

Böyükşor gölündən 02.02.2026-cı il tarixində Sularınİstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəMərkəzi laboratoriya tərəfindən götürülmüş su nümunələrinin analiznəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiyasularının axıdılması faktı təsdiq edilmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Suların İstifadəsinəvə Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilir ki, göl suyunda ammonium ionunun qatılığının aşağıolması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.

"Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktivmaddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin(detergentlər) mövcudluğunu göstərir. Yüksək elektrik keçiriciliyi,həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdəsəthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəbolur.

Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilətəmasının artması nəticəsində səthi aktiv maddələr səthdətoplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olanfiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni aniçirklənmə hadisəsi deyil".

Qurumdan əlavə edilib ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsanxətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun,həmçininBiləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16km-lik gətirici kollektorun və məhsuldarlığı 40 000 m3/gün olanqurğunun tikintisi və Azərbaycan Respublikası Prezidentinin müvafiqSərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və Abşeronyarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə DövlətProqramında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi təminediləcəkdir ki, nəticədə ətraf ərazilərdə formalaşan tullantısularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyətiyaxşılaşacaqdır.

Seçilən
30
16
az.trend.az

10Mənbələr