Fransanın ifrat sağçı siyasətçisinin seçkilərdə iştirakına qoyulan qadağa yumşaldılıb
Parisdə Avropa Parlamentinin deputatları tərəfindən vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı iş üzrə keçirilən apellyasiya prosesində ittiham tərəfi yalnız bir məqamda mövqeyini yumşaldıb. Prokurorluq artıq Fransanın ifrat sağçı qüvvələrinin lideri Marin Le Penin dərhal seçki hüquqlarından məhrum edilməsində israr etmir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bu dəyişiklik Marin Le Penin 2027-ci ildə keçiriləcək Fransa prezident seçkilərində iştirak imkanlarını tamamilə bərpa etməsə də, onun şanslarını sıfıra endirmir. Hazırkı vəziyyətdə bu ehtimal olduqca zəif görünsə də, tamamilə istisna edilmir.
Müşahidəçilərin fikrincə, məhkəmənin bu mövqeyi Le Penin siyasi gələcəyi baxımından müəyyən manevr imkanları yaradır. Bununla belə, iş üzrə yekun qərarın necə olacağı və onun seçkilərdə iştirakına real təsirinin nə dərəcədə olacağı hələ də açıq qalır.