AZ

Ermənistanda yeni konstitusiyasının mətni 6 aya hazırlanacaq

Bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan mətbuat konfransında məlumat verib. O bildirib ki, yeni konstitusiyanın mətni üzərində işlərin tamamlanması ölkənin Ədliyyə Nazirliyinin prioritetidir. Xanım nazirin sözlərinə görə, göstərilən vaxtadək mətn ictimaiyyətin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, 2025-ci ilin mart ayında Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulu ilə əlaqədar 2027-ci ildə referendum keçiriləcəyini bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
36
azvision.az

1Mənbələr