Əbu-Dabi danışıqları müharibənin yazda bitməsi üçün böyük şans yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bu gün Əbu-Dabidə keçiriləcək danışıqlar Ukraynadakı müharibənin yaxın aylarda başa çatması üçün mühüm fürsət kimi qiymətləndirilir.
Məlumata görə, bu görüşlər münaqişənin yaz aylarında sona çatması üçün real zəmin yarada bilər.
Ekspertlər hesab edir ki, diplomatik təmasların intensivləşməsi tərəflər arasında kompromis əldə olunması ehtimalını artırır.
Bu görüşün nəticələri regionun gələcək təhlükəsizlik arxitekturası üçün həlledici ola bilər.
Xuraman Etibarlı
İnterpress.az