İspaniya 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya çıxışı qadağan etmək qərarı alıb və bununla da Avropada bu addımı atan ilk ölkə olub. Baş nazir Pedro Sançez bildirib ki, uşaqlar sosial şəbəkələrdə asılılıq, zorakılıq, pornoqrafiya və manipulyasiya risklərinə məruz qalır.
Sançez sosial platformaları “qanunların qulaqardına vurulduğu, nifrət nitqi və dezinformasiyanın yayıldığı uğursuz bir dövlət” kimi xarakterizə edib.
Qərara “X” sosial şəbəkəsinin sahibi Elon Mask sərt reaksiya verib. Mask Sançezi “diktator” və “totalitar” adlandırıb, sonrakı paylaşımlarında isə onu “faşist” və “İspaniya xalqına xain” kimi ifadələrlə təhqir edib.
İspaniyanın bu addımı, dekabr ayında dünyada 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan edən ilk ölkə olan Avstraliyanın qərarından sonra atılır. Qadağanın icra mexanizmləri və platformalara tətbiq ediləcək tələblərlə bağlı əlavə detalların yaxın günlərdə açıqlanacağı gözlənilir.
Gülnar