2025-ci ildə “Bude-Qlimt” ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsini keçərək Avropanın əsas klub turnirinin liqa mərhələsinə yüksəldi. Və sonra komanda daha bir tarix yazaraq playoff-a çıxdı. Son iki oyunda komanda “Mançester Siti” və “Atletiko”ya qalib gələrək sensassiyaya imza atdı.
Çempionlar Liqasında “Bude-Qlimt”in ən yaxşı oyunçularından biri qapıçı Nikita Haykin oldu. Və maraqlısı odur ki, onun üçün tribunada ən həyəcanla azarkeşlik edən şəxs həyat yoldaşı Tanya idi!

Tanya Loevik Norveçdə rusdilli ailədə anadan olub. "Instagram" hesabında onun profilinə baxdıqda, model işi ilə məşğul olduğu və səyahət etməyi sevdiyi görünür. Fransa, Tailand, Niderland, İspaniya, Polşa, İtaliya, Monako, İngiltərə, BƏƏ, ABŞ – bunlar son bir neçə ildə paylaşdığı şəkillərin yalnız qismən siyahısıdır.
