Rusiyanın nüvə triadasının modernləşdirilməsi inkişaf mərhələsindədir.
Herbiand.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, Moskvanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər imkanlara malik olduğunu, bunun ilk növbədə artıq hazırlanmış və silahlanmaya qəbul edilmiş sistemlər vasitəsilə olduğunu söyləyib: “Rusiyanın nüvə triadasının modernləşdirilməsi son dərəcə inkişaf mərhələsindədir. Müqavilə imzalandığı zaman mövcud olmayan yeni sistemlər ortaya çıxıb”.
Ryabkov həmçinin bildirib ki, Rusiya START Müqaviləsinin müddəti bitdikdən sonra təxribatlara uymaq və ya silahlanma yarışına qarışmaq niyyətində deyil: “Bu məsələdə heç bir şübhə olmamalıdır. Kimsə hesab edir ki, Rusiya tərəddüd edəcək və ya eskalasiyaya gedəcək, bu, olmayacaq”.
Xatırladaq ki, START Müqaviləsinin müddəti 5 fevral 2026-cı ildə başa çatır.
Bəxtiyar CƏFƏRLİ