AZ

“Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram” – “İmarət” “Forza Neftçi”yə cavab verdi

Misli premyer-liqasının 21-ci turunun “Neftçi” - “Qarabağ” oyununun təxirə salınması ehtimalı böyük idi. Axı ağdamlılar fevralın 18-də “Nyukasl”ı qəbul etməli, 21-də “Neftçi” ilə qarşılaşmalı və 24-də İngiltərə klubu ilə səfər oyununa çıxmalıdı. Amma belə məlum olur ki, təxirəsalınma alınmayacaq. Daha doğrusu, “Qarabağ” PFL-ə niyyətini çatdırsa da, “Neftçi”nin etirazını əsas götürən təşkilatçı qurum buna icazəverməyib.

“Neftçi”nin əsas azarkeş qrupu “Forza Neftçi”nin oyunun təxirə salınması ehtimalıyla bağlı açıqlamasını dünən yaymışdıq. İndi növbə “İmarət”indi. Fanklubun rəhbəri Elnur Quliyev “Football-plus.az”a danışdı:
“Neftçi”dən bu dəfə daha yaxşı addım gözləyirdik. Əminəm ki, “Qarabağ” rəhbərliyi belə addım atmazdı. “Neftçi” həmişə çox cılız addımlar atır. 2019-cu ildə - çempionatın sonunda “Neftçi” ilə vacib oyunumuz var idi. Oyunun başlamasına bir neçə saat qalmış “Neftçi” biletin qiymətini 50 manata qaldırdı. O vaxt sağ olsunlar, Rəşad Sadıqov başda olmaqla futbolçular pul yığıb 500-600 bilet almışdı ki, hamı stadiona keçsin. Həmin oyunda qalib gəlmişdik. Növbəti oyun bizim meydanda idi. Uşaqlar təklif etmişdi ki, biletləri 100 manat edək. Amma “Qarabağ” rəhbərliyi dedi ki, yox, özümüzə yaraşan hərəkət edəcəyik. “Nyukal”la oyunda heç-heçə olsa, qələbə olsa, bu birbaşa “Neftçi” rəhbərliyinin xeyrinədi. Amma “Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram. Təbii ki, bu “Neftçi”nin seçimidi. Oyunun təxirə salınmasına icazə verə də bilər, verməyə də. Amma hər şey standartlar üzərində qurulmayıb ki. Nəinki “Neftçi”, istəyirəm ki, “Xəzər Lənkəran” qayıtsın, güclü rəqabət olsun. Bu futbolumuzun xeyrinədi. “Neftçi”, “Karvan” kimi komandalar güclü olsaydı, çempionata maraq artardı. “Qarabağ” çempionluğu əvvəldən yox, son tura qədər mübarizə apararaq qazanardı. “Neftçi”nin güclü olmasını istəyirəm. Uğur pul xərcləməklə yox, düşüncə tərzi ilə qazanılır. Bu düşüncə ilə “Neftçi”... Cılız düşünürlər”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
41
2
football-plus.az

3Mənbələr