AZ

Arzu Nağıyev: İnsanlığa qarşı ağır cinayətlər törədənlər cəzalarını almalıdır

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

İnsanlığa qarşı ağır cinayətlər törədənlər cəzalarını almalıdır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Parlamentin komitə sədri bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasətin əsas məqsədləri ərazi bütövlüyünün və suverenliyin qorunması, eləcə də hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsidir: “Bu istiqamətdə aparılan siyasət həm daxili, həm də xarici siyasəti əhatə edir və bu hədəflərə çatmaq üçün ardıcıl addımlar atılıb və bundan sonra da atılacaq. Azərbaycan ərazi bütövlüyünə qarşı ən böyük təcavüz 30 il əvvəl Ermənistan tərəfindən edilib və bu zaman Ermənistan havadarlarının dəstəyinə arxalanıb. Nəticədə Azərbaycan xalqı ağır faciələrlə üzləşib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan təcavüzkara layiqli cavab verdi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatlar nəticəsində ölkənin bütün ərazisində Azərbaycan bayrağı dalğalandı, Konstitusiya quruluşu bərpa olundu və hüquqi proseslər tam şəkildə təmin edildi”.

Arzu Nağıyev vurğulayıb ki, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təcavüz edən, insanlığa qarşı ağır cinayətlər törədən hər bir şəxs mütləq şəkildə öz layiqli cəzasını almalıdır: “Azərbaycan dövləti beynəlxalq hüquq normalarına əsaslanaraq, insanlığa qarşı müharibə cinayətləri, soyqırımı törətmiş şəxsləri məhkəmə qarşısına çıxarmağa nail olub. Bu, həm də hüquqi və mənəvi ədalətin bərpasıdır. Bəzi xarici dairələr təqsirləndirilən şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar etsələr də, Prezident İlham Əliyev qəti iradəsi və prinsipial mövqeyini ortaya qoyub. Hazırda mühakimə olunan şəxslərlə yanaşı, gələcəkdə digər məsul şəxslərin – Azərbaycan xalqına qarşı müharibə cinayətlərində, soyqırımılarında iştirak etmiş keçmiş səhra komandirlərinin və yüksək vəzifə tutmuş şəxslərin də ədalət qarşısında cavab verməsinə nail olunmasına çalışılacaq. Azərbaycan xalqına qarşı ağır cinayətlər törədib sonradan müxtəlif vəzifələr tutmuş şəxslər də gec-tez öz əməllərinə görə cavab verməli olacaqlar. Bu, Azərbaycan dövlətinin və xalqının iradəsidir. Dövlətimiz xarici yardımlara arxalanmadan, siyasi və diplomatik təzyiqlərə baxmayaraq, öz gücü və imkanları hesabına torpaqlarını azad etdi və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılmasına nail oldu. Bu, Azərbaycanın suveren qərarvermə qabiliyyətinin və hüquqi müstəqilliyinin açıq göstəricisidir. Məhkəmə prosesi ilə bağlı xaricdən edilən əsassız siyasi təzyiqlər Prezidentin qəti mövqeyinə heç bir təsir göstərmədi. İnsanlığa qarşı müharibə cinayətləri törətmiş hər bir şəxs ədalət məhkəməsi qarşısında cavab verməlidir və Azərbaycan bunu dünyaya nümayiş etdirir. Tarixdə müharibələr olub və təəssüf ki, bəzi hallarda minlərlə dinc sakinin qətlində iştirak etmiş cinayətkarlar məsuliyyətdən kənarda qalıb. Bu isə münaqişələrin natamam və ədalətsiz həlli deməkdir. Azərbaycan isə bu məsələdə prosesi sona qədər aparır. Məhkəmə prosesində təqdim olunan ifadələr göstərir ki, təqsirləndirilən şəxslər özləri də bu cinayətlərdə birbaşa iştirak etdiklərini etiraf edirlər və bu cinayətlərə görə dövlət səviyyəsində məsuliyyətin Ermənistanın üzərinə düşdüyü aydın görünür. Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək üçün separatçılardan necə istifadə etdiyi, Qarabağda qondarma rejimin necə yaradıldığı və həmin rejimin rəhbərlərinin sonradan Ermənistanda müxtəlif vəzifələr tutduğu da məhkəmə prosesində üzə çıxır. Həmçinin xarici ölkələrdən gətirilmiş emissarların və müxtəlif terror qruplaşmalarının üzvlərinin həmin proseslərdə iştirak etməsi faktları da ortaya qoyulur”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
apa.az

2Mənbələr