AZ

Böyük güclər üçün heç bir insani dəyər yoxdur TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Epşteyn işi ilə ABŞ və Avropanın aparıcı simalarının iyrənc əməl sahibləri olduğu bir daha dünyaya nümayiş etdirildi

Dünyanı cənginə alan müharibələr, münaqişələr fonunda diqqətçəkən və insanın canına üşütmə salan hadisə amerikalı maliyyəçi Ceffri Epşteyn işində əks olunan əxlaqsız, rüsvayçı faktların açıqlanmasıdır. Bu faktlar bir daha təsdiqlədi ki, ABŞ və Avropa üçün heç bir insani dəyər yoxdur. Onların hər bir rəhbər şəxsi, siyasətçisi, iş adamı, hətta din xadimləri manyakdılar, insan ətinə susamış satanistlərdir. ABŞ Ədliyyə Nazirliyi 30 yanvar 2026-cı il tarixində "Epşteyn sənədlərinin şəffaflığı aktı" çərçivəsində 3,5 milyondan çox sənəd, 2 000-dən çox video və 180 000-dən çox şəkli ictimaiyyətə açıqlayıb. Yayımlanan 3,5 milyon səhifəlik arxivdə demək olar ki, ABŞ-ın və Avropanın bütün hökumət və dövlət başçılarının, konqresmennlərinin, milyarderlərin adları keçir. Bil Klinton, İlon Mask, Bill Qeyts, Donald Tramp, Barak Obama, Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu Mindsorin, eləcə də Vatikanın dini rəhbəri Papanın və digərlərini adları Epşteynlə əlaqələrinə dair müxtəlif qeydlərdə, yazışmalarda və videogörüntülərdə əks olunur. ABŞ Ədliyyə Nazirliyinin internetdə toplu şəkildə paylaşdığı bu sənədlər haradan gəlir və bəzən onların istintaqla necə əlaqəli olduğunu və ya necə əldə edildiyini anlamaq mümkün deyil? Sadəcə ona qənaətə gəlmək olar ki, Epişteyin ABŞ-ın, eləcə də İsrailini xüsusi xidmət orqanları ilə geniş əlaqələri əməkdaşlıq münasibətləri olub. Zaman-zaman xüsusi xidmət orqanlarının sifarişləri əsasında Epişteyin müxtəlif vəzifə mənsublarını, iş adamlarını müxtəlif rüsvayedici formalarda şəkillərini çəkib və ya videolara alıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ cəmiyyətinin üzqarası, Avropanın başını yerə soxan Epişteyn işi ilə bağlı ən xırda detallar ABŞ-ın və Avropanın hüquq-mühafizə orqanlarına məlum olub. Lakin həmin iddialar böyük güclərin əli ilə sıradan çıxarılıb. İddiaçılar isə qısa müddət sonra ya dəlixanalar atılıb, ya da öldürülüblər . Budur ABŞ-ın demokratiyasıdır, Avropanın insan hüquqlarına dəyəri. Belə utancverici hadisəyə görə ABŞ vətəndaşları yekdilliklə dünya insanlığından üzr istəməli, təşkilatçılar isə dərhal məhkəmə qarşısına çıxarılaraq ən ağır cəzaya layiq görülməlidirlər.

ABŞ Baş prokurorunun ziddiyyətli açıqlaması

ABŞ Baş prokuroru Pam Bondi dövləti və xalqı adından dünya ictimaiyyətindən üzr istəməkdənsə, absurd iddia ilə çıxış edir. Bildirir ki, “bugünkü açıqlama Amerika xalqı üçün şəffaflığı və qanuna riayət olunmasını təmin etmək üçün sənədlərin müəyyən edilməsi və nəzərdən keçirilməsi üzrə çox əhatəli bir prosesin başa çatmasını qeyd edir”. Baş prokurorun ironiya ilə qarşılanan açıqlaması sənədlərdə ABŞ-ın nüfuzlu şəxslərinin adlarının keçməsidir.

Epşteyn 2019-cu ilin avqust ayında Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzindəki kamerasında intihar edib. Təbii ki, bu ölüm halı da şübhəlidir. Qırmızı turp kimi bir məxluq necə ola bilər ki, birdən-birə cəhənnəmlik olur. Onu öldürüblər. Aradan götürməklə izləri silməyə çalışıblar. Kimlərdir əsas satanistlər, uşaq zorlayan, insan ətinə susamış manyaklar. BBC News Epşteynin sənədlərində adıçəkilən görkəmli şəxslərin qısa icmalını tərtib edib: Əvvəllər Britaniya şahzadəsi Endryu kimi tanınan Endryu Mauntbatten-Vindzor Epşteynlə dostluğuna görə illərdir ki, nəzarət altındadır. Epşteynin ən məşhur ittihamçısı Virciniya Cuffre, maliyyəçinin onu 17 yaşında olanda Mauntbatten-Vindzorla cinsi əlaqəyə məcbur etdiyini iddia edir. Araşdırmalar fərli məsələlər ortaya çıxartdı. Bundan sonra 2025-ci ilin oktyabr ayında Kral III Çarlz, Endryu ilə Epşteyn əlaqələri ilə bağlı əlavə açıqlamalardan sonra 65 yaşlı qardaşını Şahzadə və York Hersoqu titulları da daxil olmaqla kral titullarından məhrum etdi.

Ceffri Epşteyn və Donald Tramp Floridada qonşu olublar. Donald Trampın Mar-a-Lago malikanəsi maliyyəçinin malikanəsindən, sözün əsl mənasında, on dəqiqəlik məsafədədir. Onlar bir müddət dost olublar. Onların birlikdə əyləncələrdə çəkdirdikləri şəkillər var və Tramp maqnatın şəxsi təyyarəsindən bir neçə dəfə istifadə edib. 2004-cü ildə aralarında mübahisə yaranıb. Bir nəzəriyyəyə görə, Epşteynin Trampın qolf klubunun işçilərini "masajçı" kimi işləməyə cəlb etməsi ilə bağlı olub. Başqa bir nəzəriyyə isə bunun Donaldın sonda ələ keçirdiyi Palm Biçdəki gəlirli torpaq sahəsi uğrunda dava olmasıdır.Trampın sözlərinə görə, dostluqları zamanı o, Epşteynin cinayətlərindən heç nə bilmirdi; mübahisədən sonra onlar heç danışmayıblar. Hazırkı sənədlər toplusuna 13 yaşında (1994-cü ildə) Tramp tərəfindən təcavüzə məruz qaldığını iddia edən bir qızın 2016-cı ildə anonim ifadəsi daxildir. Bu, maliyyəçinin Nyu-Yorkdakı evində baş verib. Qız hətta detalları da verib: Donald guya onu dişləyib. Lakin sonra o, iddiasını geri götürüb və sanki unudulmağa başlayıb.

Mountbatten-Vindzorun adı dərc olunmuş materiallarda, o cümlədən Epşteynin şəxsi elektron poçt yazışmalarında ən azı bir neçə yüz dəfə çəkilir. Onlara Epşteynin Bukinqem Sarayında şam yeməyinə dəvəti, Epşteynin Endryu ilə 26 yaşlı rus qadını tanış etmək təklifi və Mauntbatten-Vindzorun yerdə uzanan bir qadının üzərində diz çöküb belinə toxunduğunu göstərən fotoşəkillər daxildir. ABŞ Şəffaflıq Aktının tələb etdiyi kimi, Epşteynin qurbanlarını qorumaq üçün onun üzü fotoşəkillərdə gizlədilib.

2012 və 2013-cü illərdə İlon Maskın Epşteynlə yazışması

Tesla və SpaceX şirkətinin rəhbəri Maskın adı sənədlərdə ən azı bir neçə dəfə qeyd olunur. 2012 və 2013-cü illərdə İlon Mask Epşteynlə yazışıb və maliyyəçinin Karib dənizindəki şəxsi adasında keçirilən əyləncələrdə iştirak etmək imkanını müzakirə edib. 2012-ci ilin noyabr ayında göndərilən bir elektron poçtda o, Epşteyndən "adamızdakı ən vəhşi əyləncənin" nə vaxt planlaşdırıldığını soruşub və ovaxtkı həyat yoldaşı Talulah Rayli ilə birlikdə iştirak etməyi planlaşdırdığını bildirib. 2012-ci ilin dekabr ayında Epşteynə göndərilən başqa bir elektron poçtda milyarder maliyyəçinin "dincəlmək" lazım olduğu üçün hər hansı bir əyləncə planlaşdırıb-planlaşdırmadığını soruşub..

2013-cü ildə yazışmalarında Branson Epsteini böyük konfransların, xeyriyyə tədbirlərinin və işgüzar görüşlərin müntəzəm olaraq keçirildiyi şəxsi Karib adasına dəvət edib. O, "Səni bu ərazidə olanda görmək istərdim" deyə yazıb. "Sadəcə hərəmini gətir!" Elə həmin il başqa bir mesajda Branson Epsteinə Microsoft-un həmtəsisçisi Bill Qeytsi Epsteinin onun üçün "parlaq məsləhətçi" olduğunu və "dərs aldığını və o vaxtdan bəri qanunsuz heç bir şey etmədiyini" açıq şəkildə deməyə inandırmaqla nüfuzunu bərpa etmək şansı təklif edib. ABŞ-ın keçmiş prezidenti Klinton iyirmi ildən çox əvvəl Epşteynlə əlaqə saxlayıb. Klinton vaxtaşırı maliyyəçinin şəxsi təyyarəsindən istifadə edib və onunla Ağ Evdə görüşüb.

D. Tramp kimi, Klinton da Epşteynin cinayətlərindən xəbərdar olduğunu inkar edir. Onun nümayəndələri iddia edirlər ki, keçmiş prezident 2006-cı ildə ilk cinayət ittihamları irəli sürüldükdən sonra Epşteynlə münasibətlərinə son qoyub.

Dosyedə Epşteynin Nyu-Yorkdakı evində saxladığı Klinton və digər tanınmış şəxslərin fotoşəkilləri var. Epşteynin elektron poçtunda 2013-cü ilin iyul ayına aid iki məktub var və onlar Qeytsə ünvanlanıb, lakin özünə göndərilib.Epşteyn tərəfindən Bill və Melinda Qeyts Fondunun "Boris"i adından istefa məktubu kimi yazılmış məktublardan birində bildirilir ki, Microsoft-un həmtəsisçisi "rus qadınları ilə cinsi əlaqənin təsirləri ilə mübarizə aparmaq üçün" dərman almalı olub. Başqa bir məktubda Epşteyn Qeytsin dostluqlarını kəsməsindən narazılığını bildirir və milyonçunun o vaxtkı həyat yoldaşı Melindadan cinsi yolla keçən infeksiyanı gizlətməyə və ona "gizli şəkildə antibiotiklər" verməyə çalışdığını iddia edir. Geytsin sözçüsü BBC News-a bildirib ki, məktubların məzmunu "tamamilə absurd və tamamilə yalandır": "Bu sənədlərin nümayiş etdirdiyi yeganə şey Epşteynin Geytsin ardıcıl münasibətlərinin olmamasından məyusluğu və nüfuzunu sarsıtmaq və ləkələmək üçün nə qədər səy göstərməsidir."

Epşteyn özünü toxunulmaz hesab edib

Təəccüblüdür ki, cinsi istismar qurbanı olan iki yüzdən çox şəxs Epşteyn işi üzrə məhkəmə iddiası qaldırıblar. Lakin demək olar ki, hamısının problemləri məhkəmədən kənar məxfi şəkildə həll edilib. Sadə dillə desək, qadınlar pullarını alıblar. Epişteyn 2019-cu ildə həbsxanada öldürüldükdən sonra ödənişləri təmin etmək üçün onun vəsiyyətinə uyğun olaraq xüsusi fond yaradılıb və bu fonddan əldə edilən gəlir qadınlara ödənişlər üçün istifadə olunub. Ümumi ödəniş 125 milyon dollar təşkil edib. Maliyyəçinin həbsdə olan məşuqəsi və tam ştatlı elçi Ghislaine Maxwell-in sözlərinə görə, onun himayədarının 25 nəfər əlbirliyi "hökumətin maraqlarına uyğun" olan etiraf sövdələşmələri sayəsində məhkəmədən yayınıb.

İki özəl Karib adasının, Nyu-York, Florida və digər yerlərdə malikanələrin sahibi olan multimilyoner o qədər "özünəməxsus" hala gəlib ki, özünü toxunulmaz hesab etməyə başlayır. O, məktəbli qızları evinə əyləncə üçün gətirir, seks kölələrini istismar edir və yetkinlik yaşına çatmayanlar ilə güclülər üçün əyləncə təşkil edirdi.O, əlaqələrini və ittihamedici dəlillərini özünü zənginləşdirmək üçün istifadə edirdi. Və bəlkə də kəşfiyyat məqsədləri üçün: ən çox yayılmış nəzəriyyə Epşteynin Mossad agenti olmasıdır.

Maqnatın ilk problemləri 2005-ci ildə Florida polisi Epşteynin yeniyetmə qızlara qarşı cinsi istismarından xəbər tutanda başladı. Onlar onun evində axtarış aparırlar. və zərərçəkənlərdən ifadələr toplayırlar. Lakin iş maliyyəçinin yüksək vəzifəli himayədarları sayəsində dayandırılır.

Maliyyəçinin həbsdə olan məşuqəsi və tam ştatlı elçi Ghislaine Maxwellin sözlərinə görə, onun himayədarının 25 yoldaşı məhkəmədən yayınıb.2008-ci ildə Epstein "fahişəliyə təhrik etmə" ittihamı ilə 18 ay həbs cəzasına məhkum edildi və günün yarısını sərbəst keçirmək hüququ qazandı. O, vaxtından əvvəl azadlığa buraxıldı. 2019-cu il də isə gözlənilmədən həbs olundu və avqust ayında öldürüldü.

Bütün bunlar onu deməyə əsas verir ki, dünyanın aparıcı dövlətlərinin başçıları, iri maqnatlar, tanınmış ictimai xadimlər əxlaqsızlardan, uşaq qatillərindən, bir sözlə, manyaklardan ibarətdilər. Məhz bu cür tərbiyə sahibləri dünyada insan ölümlərinə, fəlakətlərə, faciələrə seyrçi yanaşırlar. Əksər hallarda isə kütləvi insan qətliamlarının, ölkələrin viran olmasını, şəhər və kəndlərin xarabazarlıqlara çevrilməsinin əsas təşkilatçıları olurlar. Belə manyaklardan insanlığı qorumaq çətindir, lakin birlik və bərabərliklə onların axırına çıxmaq mümkündür.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
1
sesqazeti.az

2Mənbələr