AZ

“Epşteyn faylları” müsəlmanları hiddətləndirdi İnsan alverçisi Kəbə fraqmentlərini necə ələ keçirdi? FOTO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

“Epşteyn faylları” dünyanı sarsıtmaqda davam edir. Dərc olunan növbəti məktublarda islam dünyasını şoka salan faktın üstü açılıb.

ABŞ Ədliyyə Nazirliyinin 2017-ci ilə aid məxfilikdən çıxarılmış elektron məktublarda Ceffri Epşteynin (Jeffrey Epstein) Kəbənin müqəddəs örtüyü olan “Kisvə”dən üç fraqmenti əldə edərək ABŞ-ın Vircin adalarındakı şəxsi iqamətgahına göndərtdirdiyi məlum olub.Sənədlərə görə, daşınma Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı əlaqələr vasitəsilə təşkil edilib. Gömrük prosedurlarından keçmək üçün yüklər “incəsənət əsəri” kimi rəsmiləşdirilib. Halbuki “Kisvə” parçaları dini baxımdan son dərəcə yüksək mənəvi dəyərə malikdir və adətən yalnız diplomatik hədiyyə və ya xeyriyyə məqsədləri üçün məhdud şəkildə paylanır.

Məxfilikdən çıxarılan yazışmalar 2017-ci ilin fevral–mart aylarını əhatə edir. Elektron məktublarda BƏƏ-li iş qadını Əzizə əl-Əhmədi Səudiyyə Ərəbistanında yaşayan Abdullah əl-Maari ilə birlikdə “Kisvə”nin daxili və xarici hissələrinə aid üç fraqmentin əldə olunmasını və göndərilməsini təşkil edib.22 mart 2017-ci il tarixli məktubunda əl-Əhmədi bu parçaların təvaf mərasimləri zamanı “ən azı 10 milyon müsəlman tərəfindən toxunulduğunu” qeyd edərək, onların “dualardan, göz yaşlarından və ümidlərdən” ibarət mənəvi yük daşıdığını vurğulayıb.Daşınma Epşteynlə əlaqəli LSJE LLC adlı qurumun xətti ilə Səudiyyə Ərəbistanından Mayami üzərindən ABŞ-ın Virciniya arxipelaqındakı Sent-Tomas adasına yönləndirilib. Hissələrin ABŞ-də qəbulunda logistika idarəsində Epşteynin yaxın əməkdaşı Dafni Volles, gömrük rəsmiləşdirilməsi və nəqliyyatda isə Çalmer Stauffer iştirak edib. Sənədlərdə hesab-fakturalar, ödəniş detalları və çatdırılmanın təsdiqi də yer alır.“Kisvə” hər il Həcc ziyarəti zamanı yenilənən, İslamın ən müqəddəs məkanı olan Kəbəni örtən qara, qızılı naxışlı parçadır. Onun icazəsiz əldə edilməsi və daşınması müsəlman icmaları arasında ciddi narazılıq doğura biləcək məsələ kimi qiymətləndirilir. Sosial şəbəkələrdə yayılan reaksiyalarda motivlərlə bağlı suallar və kəskin tənqidlər səsləndirilir.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
www.bakupost.az

1Mənbələr