Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib.