AZ

ABŞ-İran danışıqlarında Pakistan da iştirak edəcək



Pakistan qarşıdan gələn ABŞ-İran görüşünə qatılacaq. Respublika Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasına səssizcə kömək edir.
PTV-nin məlumatına görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi bildirib. O deyib ki, İslamabad ikitərəfli gərginliyin azaldılmasına yönəlmiş Vaşinqton və Tehran arasında məsləhətləşmələrə dəvət olunub. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Pakistanın mövqeyi "danışıqlar zamanı nəzərə alınacaq".

Dawn qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Pakistan ABŞ və İran arasında danışıqları səssizcə asanlaşdırır və Pakistanın iştirakı "gərginliyin azaldılmasında həlledici amil kimi qəbul edilir". Mənbə Pakistanın xarici işlər naziri İshaq Darın da görüşdə iştirak edə biləcəyini irəli sürüb.

Xatırladaq ki, daha öncə İran Xarici İşlər Nazirliyi ABŞ ilə görüşün yaxın günlərdə baş tutacağını açıqlamışdı.

"Axios"un məlumatına görə, danışıqlar fevralın 6-da Omanın paytaxtında baş tuta bilər.

SAMİRƏ

Seçilən
18
baki-xeber.com

1Mənbələr