AZ

Hərbi cinayətkarların Azərbaycan ədalət mühakiməsi qarşısında cavab vermələri tarixi hadisədir - RƏY

“Bu gün Azərbaycana qarşı uzunmüddətli müharibədə iştirak etmiş hərbi cinayətkarların Azərbaycan ədalət mühakiməsi qarşısında cavab vermələri tarixi hadisədir. Bu cinayətkarlar həm insanlığa qarşı cinayətlər törədiblər, həm də Azərbaycan xalqının ərazi bütövlüyünə qəsd ediblər. Eyni zamanda təbiətə, ekologiyamıza qarşı ekosid, urbisid törədiblər. Bu da cinayətin başqa bir hissəsidir. Şübhəsiz ki, bütün bunlar həmçinin Ermənistan dövlətinin məsuliyyətidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat bildirib ki, erməni cinayətkarların ifadələri Azərbaycanın tarixi arxivlərində, o cümlədən əlaqədar qurumların arxivlərində mütləq saxlanılmalıdır: “Vaxtaşırı mütəmadi vasitələrlə Azərbaycanın ictimai şüuruna ötürülməlidir ki, bu cinayətlər necə, hansı şəraitdə, kimin dəstəyi ilə  törədilib. Qoy Azərbaycanın siyasi şüuru dövlətçiliyimizə qəsd edənlərin kim olduğunu bilsin. Eyni zamanda bu gün cinayətkarların verdikləri ifadələrdə bəlli olan digər məsələlər də beynəlxalq təşkilatların, hüquq təşkilatlarının, QHT-lərin diqqətinə cəlb olunmalıdır ki, bu cinayətkarları cinayətə sövq edən kim olub. Onlar bu cinayəti özbaşına etməyiblər, arxalarında dövlət durub. Azərbaycan ərazisində 30 il işğalçılıq üstündə qalan ordu da Ermənistanın ordusu olub. Bu cinayətkarlar Ermənistandan maliyyələşdiriliblər, oradan əməkhaqqı alıb, Ermənistan tərəfindən silahlandırılıblar. Bütün bunlar hətta Azərbaycanın tarix kitablarında da öz əksini tapmalıdır ki, Qarabağ müharibəsi nə üçün oldu, niyə üzün müddət davam etdi və necə sona çatdı. Bütün bunlar milli yaddaşımıza, xüsusən, gənc nəslin tarixi yaddaşına həkk olunmalıdır ki, gələcəkdə bir də belə xətaların, yanlışlıqların olmasına izin verməyək. Milli yaddaşımızda dostun, düşmənin kim olması ilə bağlı aydın təsəvvürlər olsun ki, sonrakı mərhələdə sülh dövründə milli yaddaşımızı silmək istəyənlər üçün heç bir fürsət qalmasın”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Fevral 2026, 12:30   
Seçilən
70
pravda.az

1Mənbələr