AZ

“Fənərbağça” Nqolo Kanteni transfer etdi - FOTO

Türkiyənin “Fənərbağça” klubu fransalı futbolçu Nqolo Kantenin transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb.

Nqolo Kanteni uzun müddətdir transfer etmək istəyən istanbullular Yussuf En-Nesirini qarşı tərəfə verməklə istəyinə çatıb.
 

Ərəblər 28 yaşlı hücumçunu komandadan ayrılan Kərim Benzemanın yerini doldurmaq üçün heyətə qatıb. Onun keçidinin detalları açıqlanmır.


“Fənərbağça” mərakeşlinin transferi qarşılığında həm Kanteyə, həm də 15 milyon avroya sahib olub.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə bağlanıb.


Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr