Tehran-Yerevan istiqamətində daha bir reys LƏĞV EDİLİB
Ajans.az Ermənistan mediasına istinadən xəbər verir ki , bundan əvvəl, 3 fevral tarixində paytaxtlar arasında daha iki reysin ləğv olunduğu bildirilmişdi. Uçuşların Fly Kish və Armenia Airways aviaşirkətləri tərəfindən həyata keçirilməsi planlaşdırılsa da, aviaşirkətlərdən və müvafiq dövlət qurumlarından hələlik rəsmi açıqlama verilməyib. Ləğv səbəbləri hələ məlum deyil — bu, texniki problemlər, kommersiya məsələləri və ya bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı ola bilər.