AZ

Dərinin qocalmasını sürətləndirən qidalar hansılardır?

Gizli şəkər tərkibli məhsullar, mayonez, fastfud və yarımfabrikatlar dərinin qocalmasını sürətləndirir.

Ölkə.az xəbər verir ki, bu barədə həkim-terapevt Oksana Xamitseva "Lenta.ru"ya açıqlamasında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, şirniyyatlar, qazlı içkilər və tərkibində gizli şəkər olan digər məhsullar dərinin qocalma prosesini sürətləndirir. Şəkər qlikasiya prosesini işə salır, kollagen və elastin liflərini bir-birinə bağlayaraq dərinin bərpa olunmasını zəiflədir və nəticədə qırışların yaranmasına səbəb olur.

O bildirib ki, tərkibində transyağlar olan məhsullar da dərinin qocalmasına mənfi təsir göstərir. Bunlara marqarin, mayonez, müxtəlif souslar, fastfud və şirniyyat məmulatları daxildir. Bu qidalar xolesterinin artmasına səbəb olur, damarların spazmına yol açır və dərinin qidalanmasını pozur.

Həkimin sözlərinə görə, yarımfabrikatlar və kolbasa, sosis kimi emal olunmuş ət məhsulları da mənfi təsir göstərir. Onların tərkibindəki şəkər və qida əlavələri damarları və epidermisin hüceyrələrarası kollagenini zədələyir.

Xamitseva əlavə edib ki, dərinin qocalmasını sürətləndirən digər məhsul qəhvədir. Onun sözlərinə görə, gündə bir-iki fincan təbii qəhvə əksinə, faydalıdır. Lakin daha çox qəhvə qəbul edildikdə orqanizmdə susuzlaşma yaranır və bu da dərinin tez qurumasına, kollagenin kövrəkləşməsinə və qırışların yaranmasına səbəb olur.

Həmidə İbrahimova

Seçilən
58
1
olke.az

2Mənbələr