AZ

m10 bəzi hesabların dondurulmasına aydınlıq gətirdi

Bakı. Trend:

m10 platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini,əməliyyatların şəffaflığını və platformanın sabitliyini daimprioritet hesab edir. Daim stabil və etibarlı xidmət göstərməyə,istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa vəməlumatların tam məxfiliyini təmin etməyə yönəlib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq m10 platformasındanməlumat verilib.

Bildirilir ki, 3 fevral tarixində m10 platformasında xaricimənşəli merchant-lardan bəzi istifadəçi hesablarına iri məbləğlərdəvəsait daxil olması qeydə alınıb:

"Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedənhesablar müvəqqəti olaraq dondurulub.

Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxiliprosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdansonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Qeyd olunan səbəblə əlaqədar m10 tətbiqinin fəaliyyətindəmüvəqqəti fasilə yaranmışdır, lakin hazırda bütün əməliyyatlar tambərpa olunub".

"Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir,göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik.

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini,əməliyyatların şəffaflığını və platformanın sabitliyini daimprioritet olaraq qorumağa davam edirik", - deyə əlavə olunub.

Seçilən
21
14
az.trend.az

10Mənbələr