AZ

Azərbaycanda lombardların fəaliyyəti tənzimlənəcək - Rəsmi

Azərbaycan Mərkəzi Bankı "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb.

"Unikal" xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq", - deyə o qeyd edib.

Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb: "Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq".
 

Seçilən
24
unikal.az

1Mənbələr