AZ

AMB sədri: Ötən il valyuta bazarında təklif tələbi üstələyib

Bakı, 4 fevral, AZƏRTAC

Ötən il valyuta bazarında təklif tələbi üstələyib. Orta hesabla bir hərracda təklif 70 milyon dollar olduğu halda, tələb 54 milyon dollar olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

O əlavə edib ki, hətta Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsi qarşısında öhdəliyinin bir hissəsini dollarla yerinə yetirib.

“Yanvar ayında əhalinin dollar alışında son 3-4 ilin ən aşağı nəticəsi qeydə alınıb ki, bu da 18 milyon dollar təşkil edib”, - deyə o qeyd edib.

Seçilən
87
1
azertag.az

2Mənbələr