İspaniyanın “Alvaro de Bazan” freqatı Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupuna qoşulub. Müttəfiq qruplara İtaliya, Niderland və Mərakeş gəmiləri də daxildir.
Herbiand.az bildirir ki, qrup Aralıq dənizindən Atlantik okeanına yola düşəcək.
Fevralın 18-dək qrup “Lafayette-2026” təlimini keçirəcək. Bu, İspaniya və Fransa arasında müttəfiq dəniz əməliyyatlarında qarşılıqlı fəaliyyəti təmin etmək üçün ən vacib tədbirlərdən biridir.
F-101 “Alvaro de Bazan” freqatı 2000-ci ilin oktyabrında suya salınıb və 2002-ci ilin sentyabrında silahlanmaya qəbul edilib.
Bəxtiyar CƏFƏRLİ