AZ

Ağdamın bu kəndində yağış sularının kənarlaşdırılması üçün yeni layihə hazırlanır

Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsindən yağış və səth sularının kənarlaşdırılması üçün yeni layihələndirmə işlərinə başlanılır.

“İki sahil” Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yağış və səth sularının kənarlaşdırılmasının layihələndirilməsi işlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirəcək.

Qeyd edək ki, səth suları qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir.

Seçilən
25
ikisahil.az

1Mənbələr