AZ

Sumqayıt İcra Hakimiyyətinin daha 2 vəzifəli şəxsi işini itirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 əməkdaşı vəzifəsindən azad olunub.

Azia.az Oxu.az-a istinadən xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi ləğv edilib. Nəticədə qurumun baş məsləhətçisi Rəhimdil Əhmədov postunu itirib.

Həmçinin qurumda aparılan struktur və kadr islahatları nəticəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsi də ixtisar olunub. Həmin vəzifədə uzun müddət çalışan Sevindik Əzimov da işdən azad edilib.

Hər iki şəxsin yeni vəzifəyə təyin edilib-edilmədiyi məlum deyil.

Xatırladaq ki, bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun da vəzifəsi dəyişib. Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı baş məsləhətçi vəzifəsini itirib. O, qurumda yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun baş məsləhətçisi təyin edilib.

 


Seçilən
8
15
azia.az

10Mənbələr