AZ

Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Hakkari şəhərinin Şemdinli rayonunda səhhətinin kəskin pisləşməsi səbəbilə xəstəxanaya yerləşdirilən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu Talat Okurun şəhid olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata əsasən, texniki təminat üzrə baş gizir rütbəsində xidmət edən Talat Okur ilkin tibbi müayinədən və müalicədən sonra Şemdinli Dövlət Xəstəxanasına yerləşdirilib.

Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, hərbi qulluqçu müalicə aldığı xəstəxanada dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalıb. Nazirlik hadisənin dərin hüzn və kədər doğurduğunu vurğulayaraq, şəhidin ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və bütün Türkiyə xalqına başsağlığı verib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər də şəhid hərbi qulluqçu Talat Okurla bağlı başsağlığı mesajı yayımlayıb.

Seçilən
43
turkic.world

1Mənbələr