ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
“Avroviziya 2011” qalibi Eldar Qasımov Bolqarıstanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim finalında xüsusi qonaq qismində çıxış edib.
Axşam.az xəbər verir ki, şou 31 yanvar tarixində Sofiyada baş tutub və Bolqarıstan Milli Televiziyası (BNT) vasitəsi ilə canlı yayımlanıb. Eldar gecəyə müsabiqənin “əfsanəvi qalibi” statusunda dəvət olunub.
3 illik fasilədən sonra “Avroviziya” səhnəsinə qayıdan Bolqarıstan təntənəli gecə ilə gündəmə gəlib. Eldar səhnədə bir çox mahnılar, eləcədə ona 2011-ci ildə qalibiyyət qazandıran “Running Scared” mahnısını səsləndirib.
İfa həm zalda, həm də televiziya tamaşaçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Gecənin sonunda elan edilib ki, ölkəsini müsabiqədə müğənni DARA təmsil edəcək.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.