Misli Premyer Liqasında çıxış edən “İmişli” heyətini gənc və perspektivli futbolçu Nazim Hüseynov ilə gücləndirib.
Klubdan "Unikal"a verilən məlumata görə, 18 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalanıb.
Nazim Hüseynov, əsasən, 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. O, son olaraq “Qəbələ”nin formasını geyinib.