AZ

İsveçrəli deputatın Qarabağ erməniləri İLƏ BAĞLI DEDİKLƏRİ ŞOK YARATDI

Ermənilərin Qarabağa qayıtması məsələsi hələ də gündəmdədir.

KONKRET.az xəbər verir ki, bunu İsveçrə Milli Şurasının üzvü Erix Vontobel deyib.

Erix Vontobel qeyd edib ki, Qarabağı tərk edən ermənilərlə görüşüb və onlara bu sualı verib:

İndi nə istəyirlər və bu məqsədə necə çatmaq olar?

Onlar bildirdilər ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə danışıq istəyirlər.

Amma Ermənistan hakimiyyəti tərəfdən Qarabağ məsələsinin bağlandığı ilə bağlı tezis səslənir. Ancaq biz düşünürük ki, Qarabağı tərk edən ermənilərin ora qayıtması sülh danışıqlarının ayrılmaz hissəsi olmalıdır.

Görünən odur ki, “ermənidən daha çox erməni” olmağa çalışan bu şəxs erməni diasporundan aldığı qrantların “haqqını verməyə” çalışır. Əks halda Paşinyan, “bu məsələ bitib” dediyi bir mövzunu İsveçrəli deputat niyə gündəmə gətirsin ki? Üstəlik, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağı könüllü tərk edən ermənilərin Azərbaycan qanunları altında, Azərbaycan vətəndaşı kimi orada yaşamasına razılıq verilib. Seçim isə təbii ki, onlarındır.

Müşviq Tofiqoğlu


Seçilən
5
2
azia.az

3Mənbələr