2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisitinin 3,7 milyard ABŞ dolları təşkil edəcəyigözlənilir.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
“Ötən ilin 9 ayının nəticələrinə əsasən, CƏB-in profisiti ümumi daxili məhsulun 5,4 %-ni təşkil edib, məbləğ olaraq 3 milyard ABŞ dolları olub. İllik gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 662 milyon ABŞ dolları təşkil edib. Lakin daha dəqiq təhlillər üçün biz həmin göstəricidən qızıl idxalını istisna edirik. Bunu etdikdə, xarici ticarət balansının profisiti 6,9 milyard ABŞ dolları formalaşıb”, – deyə o qeyd edib.
“2026-cı il üçün CƏB üzrə proqnozumuz isə 2,7-2,8 milyard ABŞ dollarıdır”, – deyə o qeyd edib.


