ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Xalq artisti Aygün Kazımovanın martda işıq üzü görəcək "Best of Aygun - All stars 2" albomunun ikinci hissəsində yer alacaq daha iki ifaçı məlum olub.
Axşam.az xəbər verir ki, müğənni Günel Zeynalova və Tunar Rəhmanoğlu albomda yer alacaq. Bu haqda Günel "İncə səhər" proqramında danışıb:
"Mahnı hazırlayırıq. Ad günündə oxumağa çatdırmadıq. Mahnını seçmişəm. Tunar isə hələ seçməyib. Əvvəl "Rəsmimi çək" oxumuşdum. Ümid edirəm indi seçdiyimi də bəyənəcəklər. Aygün Kazımovada sevdiyim ən böyük xüsusiyyət özü özünə motivasiya edir. Deyilənlərə inanmır".
Qeyd edək ki, ikinci albomda yer alacaqlar arasında Xalq artisti Röya Ayxan, müğənnilər Lətifə Soyuöz, Səmra Rəhimova da var.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.