AZ

33 illik həsrət başa çata bilər

İngiltərədə Liqa Kubokunun ilk finalçısı bəlli olub.

Msport.az xəbər verir ki, “Arsenal” yarımfinalın cavab görüşü çərçivəsində evdə “Çelsi”ni 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Ümumi hesabda 4:2 qalib gələn “topçular” beləliklə, 2018-ci ildən bəri ilk dəfə finala çıxa biliblər. Həmin il həlledici matçda onlar “Mançester Siti”yə 0:3 hesabı ilə uduzublar. Londonluların hazırkı baş məşqçisi Mikel Arteta hələ onda Xosep Qvardiolanın köməkçisi vəzifəsində çalışırdı.

Bu dəfə “Arsenal”ın finaldakı rəqibi bu gecə “Mançester Siti” – “Nyukasl” görüşündə müəyyənləşəcək. “Şəhərlilər” ilk matçda “sağsağanlar”ı səfərdə 2:0 yenib.

“Arsenal” sonuncu dəfə Liqa Kubokunu 1993-cü ildə qazanıb.

Seçilən
4
msport.az

1Mənbələr