Bakı. Trend:
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti“Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi başverib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsünəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından“Bağırov” tunelindən keçə bilməyib:
“O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizliktədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minikavtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisəzamanı ölən və xəsarət alan olmayıb”.