AZ

Müəllimlər üçün yeni mobil tətbiq yaradılıb

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” mobil tətbiqi artıq istifadədədir. 

“Cebheinfo.az” xəbər verir ki, tətbiq elektron jurnalın imkanlarını genişləndirir və müəllimlərə davamiyyət, qiymətləndirmə, tədrisin planlaşdırılması və akademik nəticələrin izlənilməsi kimi əsas prosesləri mobil şəkildə daha rahat idarə etməyə imkan verir.

Hazırda tətbiq “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur, mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır.

Seçilən
41
cebheinfo.az

1Mənbələr