AZ

ABŞ-də hökumət açıldı: Tramp büdcə paketini imzaladı

ABŞ Prezidenti Donald Tramp Konqresdə qəbul edilən büdcə paketini imzaladıqdan sonra federal hökumətin 4 gün davam edən qismən bağlanması başa çatıb. 

"Cebheinfo.az" xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mərasimdə Müdafiə, Nəqliyyat, Mənzil və Şəhərsalma, Səhiyyə və İnsan Xidmətləri, Əmək və Təhsil nazirliklərini sentyabr ayının sonunadək maliyyələşdirəcək qanun layihələri, eləcə də Daxili Təhlükəsizlik Nazirliyi üçün 2 həftəlik müvəqqəti maliyyələşməni nəzərdə tutan büdcə paketini imzalayıb. 

Büdcə paketinin Tramp tərəfindən imzalanması ilə federal hökumətin 4 gün davam edən qismən bağlanması sona çatıb. Tramp mərasimdə etdiyi çıxışda federal hökuməti yenidən açacaq və maliyyə ilinin qalan hissəsində federal qurumların fəaliyyətinin böyük hissəsini maliyyələşdirəcək qanun layihəsini imzalamaqdan məmnunluq duyduğunu bildirib. 

Qanun layihəsini “Amerika xalqı üçün böyük qələbə” kimi qiymətləndirən Tramp deyib: “Xüsusi maraq qruplarına yönəlmiş yardımlarla dolu, şişirdilmiş və israfçı nəhəng bir layihə əvəzinə, Amerika xalqının təhlükəsizliyi, asayişi və rifahı üçün kritik əhəmiyyət daşıyan proqramları dəstəkləyən, eyni zamanda israfçı federal xərcləri real şəkildə azaldan maliyyə baxımından məsuliyyətli bir paketi qəbul etməyə nail olduq.” 

Seçilən
10
cebheinfo.az

1Mənbələr