“Mançester Siti”nin baş məşqçisi Oep Qvardiola Liqa Kubokunda “Nyukasl”la oyun öncəsi keçirilən mətbuat konfransında siyasi mövzuda danışıb.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis ABŞ prezidenti Donald Trampın administrasiyasını Minnesotanın Minneapolis şəhərində immiqrasiya və gömrük xidməti əməkdaşları tərəfindən Rene Qud və Aleks Prettinin səs-küylü şəkildə öldürülməsinə görə tənqid edib, eyni zamanda bir sıra hərbi münaqişələrə toxunub:
"ABŞ-da baş verənlərə baxın, Rene Qud və Aleks Pretti öldürüldü. Təsəvvür edin, ətrafda NHS əməkdaşları, beş-altı nəfər, insanı otun üstünə uzadırlar və 10 atəş açılır. Deyin görüm, bunu necə əsaslandırmaq olar?
Fələstindəki soyqırım, Ukraynada baş verənlər, Rusiyada baş verənlər, dünyada - Sudanda, hər yerdə olanlar. Gözümüzün qarşısında baş verənlər… Siz bunu görmək istəyirsiniz? Bunlar insan olaraq bizim problemlərimizdir. Bunlar hamımızın problemidir. Burada bunu hər gün hiss etməyən kimsə varmı? Bu məni ağrıdır.
Ölkələrini tərk etməyə məcbur qalan, dənizə açılan, sonra qayıqda canını qurtarmağa çalışan insanlar. Ondan haqlı olub-olmadığını soruşmayın, onu xilas edin. Biz Aya uça bilirik, hər şeyi edə bilirik.