AZ

Goranboy şəhərində “Goranboy 2026-Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi keçirildi, GəncFest təşkil olundu -Fotolar



aia.az xəbər verir ki, Goranboy rayonunun 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilməsi münasibətilə Goranboy rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəbində keçirilən açılış mərasimində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, Naxçıvan Gənclər və İdman Naziri Səlahiyyətlərini icra edən Mirməcid Seyidov, Sumqayıt şəhər İcra Hakimiyyəti başısının birinci müavini Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gənclər Birliyinin nümayəndəsi Emil Aslanlı, rayonumuzun digər rəhbər şəxsləri, respublikamızın və rayonumuzun çoxsaylı gəncləri iştirak etdilər. Tədbirdə öncə, Ümummilli Liderimiz Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra Dövlət Himni səsləndirildi. Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman naziri Fərid Qayıbov, 2025-ci ilin “Gənclər Paytaxtı” olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisin deputatı Müşfiq Cəfərov ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətindən danışdılar. Nazir Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədovdan təhvil alaraq, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təqdim etdi. Sonra istedadlı və yaradıcı gənclər mükafatlandırıldı. Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Goranboyun “Gənclər Paytaxtı” loqosu və maskotu ictimaiyyətə təqdim edildi. Daha sonra, Heydər Əliyev parkında təşkil olunan GəncFestdə gənclər düşərgələrinə baxış keçirildi, gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak etdilər.

Gənclər Paytaxtı" layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildən həyata keçirilməyə başlanılıb. Layihənin əsas məqsədi region gənclərinin ictimai fəallığını artırmaq, onların iştirakçılıq imkanlarını genişləndirmək və yerli gənclər siyasətinin gücləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində hər il Azərbaycanın müxtəlif şəhər və rayonları arasından bir bölgə "İlin Gənclər Paytaxtı" elan olunur. Seçilmiş şəhər və ya rayonda il ərzində müxtəlif forumlar, gənclər festivalları, təlimlər, könüllülük proqramları və digər maarifləndirici tədbirlər təşkil olunur və regionlarda gənclər təşkilatlarının güclənməsinə, sosial innovasiyaların dəstəklənməsinə və dövlət-gənclər əməkdaşlığının inkişafına təkan verir. İlk dəfə 2012-ci ildə Gəncə şəhəri bu ada layiq görülmüş, daha sonra ölkənin müxtəlif bölgələri bu statusu daşıyaraq öz regionunda gənclər fəaliyyəti üçün simvolik mərkəz olmuşdur. 2024-cü il dekabrın 16-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında Goranboy 2026-cı il üçün “Gənclər Paytaxtı” seçilib.



Seçilən
23
1
aia.az

2Mənbələr