AZ

SOCAR-ın qazdığı quyuların 90 faizdən çoxu kolonun aşağı endirilməsi və perforasiya sxemi üzrə tamamlanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qazılmış quyuların 90faizdən çoxu istismar kolonunun aşağı endirilməsi və perforasiyasxemi üzrə tamamlanıb.

Trend xəbər verirki, bunu SOCAR-ın quyuların tikintisi üzrə direktorunun müşaviriVüsal Rəcəbov Bakıda keçirilən “IADC Drilling Caspian 2026”konfransı və sərgisində çıxışı zamanı bildirib.

“Məhz buna görə də bütün diqqət bu metoda yönəldilib və qumidarəetməsi kimi digər metodlar üzrə təcrübənin inkişafına çox azsəylər göstərilib. Bizim son məqsədimiz komandanı inkişaf etdirmək,ekspertləri cəlb etmək və səriştəli mütəxəssislərdən ibarət komandaformalaşdırmaqdır”, – deyə o qeyd edib.

V. Rəcəbov vurğulayıb ki, istismar kolonlu quyularıntamamlanmasına dair standart yanaşmanın tətbiqi üçün layihələndirməbazasının mövcudluğu zəruridir.

“Hazırda yeni texnologiyaların və tamamlanma metodlarınıntətbiqi ilə əlaqədar olaraq, mühəndislərin və sahə personalınınişini asanlaşdırmaq üçün hər bir yataq üzrə standartlaşdırılmışyanaşmaların olması vacibdir.

Eyni yanaşma sənədləşməyə də aiddir, yəni yataqlarımızda tətbiqetdiyimiz müxtəlif tamamlanma metodları üçün rəhbər praktikalaraehtiyac var”, – deyə müşavir əlavə edib.

Məqalədə:
Seçilən
42
az.trend.az

1Mənbələr