AZ

Ana 11 yaşlı qızını il yarım mənzildə KİLİDLƏDİ – Cinayət işi AÇILDI – FOTO

Saxalində ana 11 yaşlı qızını il yarım mənzilə qaparaq ağır vəziyyətə salıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı və regional uşaq ombudsmanı Lyubov Ustinovskaya məlumat yayıb.

Rusiyanın Saxalin vilayətində ana 11 yaşlı qızını il yarım ərzində mənzildə bağlı saxlayaraq onu ağır fiziki və psixoloji vəziyyətə çatdırıb.

İstintaqın versiyasına görə, qadın uşağa qulluq etməyib, onun tərbiyəsi ilə məşğul olmayıb və azyaşlının azadlığını qanunsuz olaraq məhdudlaşdırıb.

Yerli medianın verdiyi məlumata görə, mənzilə qapadılan qız bu müddət ərzində məktəbə getməyib və çimmək imkanından məhrum edilib.

O, bütün vaxtını çarpayıda keçirib, hətta yeməyini də uzanaraq yediyi üçün əzələləri həddindən artıq zəifləyib və hərəkət qabiliyyətini demək olar ki, itirib.

Hazırda uşaq tibb müəssisəsinə yerləşdirilib və zəruri müalicə-müayinə prosesindən keçir.

Regional uşaq ombudsmanı Lyubov Ustinovskaya qızın vəziyyətinin hazırda mütəxəssislərin nəzarətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr