AZ

“Azəriqaz” əhaliyə müraciət etdi

Bakı. Trend:

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azəriqaz”İstehsalat Birliyinin bütün struktur bölmələri məlumatlandırılıb,sahələrdə risk yarada biləcək işlər minimuma endirilib.

İB-dən Trend-ə verilən məlumata görə, növbətçilik qrafikiəsasında 7/24 rejimində çalışan briqadalar gücləndirilmiş işşəraitində fəaliyyətlərini davam etdirirlər.

Bildirilib ki, qaz təchizatının fasiləsizliyi, abonentlərləbağlı məsələlər və mümkün risklərin qarşısının alınmasıistiqamətində görülən tədbirlər daimi nəzarətdə saxlanılır:

“Küləkli hava şəraiti zamanı tüstü bacaları ilə bağlı risklərinarta biləcəyini diqqətə çatdıraraq qeyd etmək istərdik ki,standartlara uyğun olmayan tüstü bacalarında sovurmanın zəifləməsiyanma prosesinin pozulmasına və nəticədə dəm qazının yaranmasınasəbəb ola bilər.

Ölkə üzrə qüvvədə olan standartlara və texniki normativtələblərə əsasən, tüstü bacası dam səthindən minimum 50 smhündürlükdə olmalı və müvafiq qaydada quraşdırılmalıdır. Butələblərə əməl edilməsi küləkli hava şəraitində təhlükəsizliyintəmin olunmasına imkan yaradır.

Abonentlərə xüsusilə gecə saatlarında mənzillərdə qazla işləyənqurğuların söndürülməsi və ya avtomatik tənzimlənən avadanlıqlardanistifadə olunması, tüstü bacalarının mütəmadi təmizlənməsi vəsovurmanın yoxlanılması tövsiyə olunur”.

Seçilən
30
8
az.trend.az

10Mənbələr