AZ

İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhərində 4.3 maqnitudalı zəlzələ olub

XQ xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) "X"dəki hesabında məlumat verilib.

Bildirilib ki, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Mərənd şəhəri Türkiyə sərhəddindən təxminən 200 kilometr cənubda yerləşdiyi üçün AFAD bu yeraltı təkanlar barədə məlumat verib. Mərənd şəhəri ilə Naxçıvan arasında isə 100-120 km məsafə var.

N.Adilqızı
XQ

Seçilən
16
10
xalqqazeti.az

10Mənbələr