
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Moskvaya son səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin ona həm İranı, həm də ABŞ-ni razılığa gəlmək üçün qane edəcək təkliflər paketi təqdim edib.
Missiya.Az xəbər verir ki, bu barədə "Russia Today" məlumat yayıb.
Bildirilib ki, Putinin təklifi aşağıdakıları əhatə edir:
1.Rusiyanın dövlət nüvə şirkəti Rosatom, İranın mülki reaktorlar üçün məhdud uran zənginləşdirməsinin idarəçiliyini və nəzarətini öz üzərinə götürəcək.
2.İran uranı zənginləşdirmək hüququnu saxlayacaq, lakin zənginləşdirmə səviyyəsinin müəyyən edilmiş 3,6%-lik limitdən çox olmayacağına zəmanət veriləcək.
3.İran həmçinin raket proqramının İsrailə və ya ABŞ-yə zərbə endirmək üçün istifadə olunmayacağına zəmanət verəcək.
Xatırladaq ki, Əli Laricanı yanvarın 30-da Moskvaya səfər edib.
Daşqın HəsənovMissiya.Az