AZ

Qış Olimpiya Oyunları üçün bu qadağalar tətbiq olundu

style='margin-bottom:10px;'>

Qış Olimpiya Oyunlarının təşkilatçıları azarkeşlərin yarışlara vuvuzela və frizbi (havada atılıb-tutulan dairəvi plastik disk)gətirməsini qadağan edib.

QOL.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Bundan əlavə, velosiped, samokat, rolik, giroboard və hoverboardlardan istifadə də qadağandır. Azarkeşlərin yarışlara qatlanan stullar, döşəklər və çadırlar gətirməsinə də icazə verilməyəcək. Qadağalar yarış məkanlarında, media mərkəzində və Olimpiya kəndində qüvvədə olacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 6-da keçiriləcək. İlk yarışlar isə artıq fevralın 4-də start götürəcək. Oyunlar çərçivəsində ümumilikdə 116 medal dəsti uğrunda mübarizə aparılacaq.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr