"İmişli" klubu daha bir transferi reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Nazim Hüseynovu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi ilə 2 il + 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, N. Hüseynov son olaraq "Qəbələ"nin formasını geyinib.