Bakı. Trend:
Korroziyaya qarşı mübarizə məqsədilə yeni texniki həllərnəzərdən keçirilir.
Trend xəbər verirki, bunu SOCAR-ın quyuların tikintisi üzrə direktorunun müşaviriVüsal Rəcəbov Bakıda keçirilən "IADC Drilling Caspian 2026"konfrans və sərgisində bildirib.
“Biz borular üçün material seçimini yenidən nəzərdən keçiririkvə korroziya ilə mübarizə məqsədilə xromlaşdırılmış və ya xüsusiörtüklü boruların tətbiqini planlaşdırırıq.
Boruların korroziyası problemi bizim üçün ciddi məsələdir.Əvvəllər istifadə olunan metal borular əhəmiyyətli həcmdə suhasilatına başlanılanadək qənaətbəxş idi.
Su tərkibinin artması ilə biz sürətlənmiş korroziyanı müşahidəetməyə başladıq. Hazırda borular üçün material seçimini yenidənnəzərdən keçiririk və korroziyaya qarşı mübarizə məqsədiləxromlaşdırılmış və ya xüsusi örtüklü boruların tətbiqiniplanlaşdırırıq”, – deyə o qeyd edib.
V. Rəcəbov vurğulayıb ki, bir çox quyularda və yataqlardaperforasiyalı mühafizə boru kolonlarının geniş tətbiqi nəzərəalınaraq, perforasiya intervallarının konstruksiyası əksər yataqlarüçün böyük ölçüdə standartlaşdırılıb.