Almaniyanın HENSOLDT şirkəti adı açıqlanmayan Avropa ölkələri üçün TRML-4D radar sifarişi alıb.
“Poliqon” HENSOLDT-a istinadən xəbər verir ki, 100 milyon avrodan çox dəyəri olan bu sifariş son müştərilər üçün “Diehl Defence” şirkəti tərəfindən verilib.
Sifarişə TRML-4D radarlarının tədarükü ilə yanaşı, texniki xidmət və təlim paketi də daxildir.
Radarlar “Diehl Defence”in IRIS-T SLM hava hücumundan müdafiə sisteminin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.