AZ

Belousov silah və texnika istehsalı üzrə yeni tapşırıqlar verib

Rusiya müdafiə naziri Andrey Belousovun rəhbərliyi ilə yüksək tələbatlı silahların, hərbi və xüsusi təyinatlı texnikanın istehsalı və təchizatı ilə bağlı iclas keçirilib.

Herbiand.az bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Belousov yüksək tələbatlı silahların, hərbi və xüsusi təyinatlı texnikanın fasiləsiz istehsalını, təchizatını təmin etmək vəzifəsini hədəf kimi müəyyən edib.

İclasda xüsusi hərbi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələri qruplarının təchizatı ilə bağlı məsələlər müzakirə edilib. Bundan başqa, yanvar ayı üzrə hərbi istehsal və təchizatın nəticələri yekunlaşdırılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
10
herbiand.az

1Mənbələr