"Zirə"nin futbolçusu Əkbər Eyubov Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
“İki sahil” Mingəçevir klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müfdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
O, yeni komandasında 33 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Mingəçevir" hazırda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.