Bu gün paytaxtın Yasamal rayonu, Abdulla Qarayev küçəsində, kənar dairəvi yolda svetofor aşıb.
Məsələ ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirildi ki, qeyd edilən ərazidə baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 1 ədəd üzərində piyada bölmələri də olan nəqliyyat svetoforu sıradan çıxıb:
“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən svetoforların bərpa olmunması istiqamətində dərhal tədbirlərə başlanılıb”.
Leyla Səməndər