Ötən gün axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Məlumata görə, fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.
Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir.







