Polşa vətəndaşı Pavel K. xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyinə görə üç il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Herbiand.az bildirir ki, bu barədə Polşanın RMF FM radiostansiyası məlumat yayıb.
Yerli jurnalistlərin məlumatına görə, həmin şəxs Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etmək istəyini bildirib. Xüsusilə, o, Jeşuv-Jasenka hava limanının təhlükəsizlik sistemləri haqqında məlumat verib.
Radiostansiya qeyd edib ki, məhkəmə prosesi zamanı casusluq, qanunsuz silah və sursat saxlama ilə bağlı cinayətlərin törədildiyini göstərən geniş dəlillər əldə edilib.
Bəxtiyar CƏFƏRLİ